2014 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2014 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2014; fr. Concours Eurovision de la chanson 2014) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur.
2014 Avroviziya Mahnı Müsabiqəsi "#Join Us" "Bizə Qoşul" | |
---|---|
![]() | |
I yarımfinal | 6 may 2014 |
II yarımfinal | 8 may 2014 |
Final | 10 may 2014 |
Aparıcı(lar) | Lise Rönne Nikolay Koppel Pilu Asbek |
Direktor | Yon Ola Sand |
Kanal | ![]() |
Keçirilən yer | B&W Hallerne, Kopenhagen, Danimarka |
Qalib mahnı | ![]() "Rise Like a Phoenix" |
Seçki sistemi | Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi |
İştirakçıların sayı | 37 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | ![]() ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2013 ![]() |
2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi.
Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır. Bu sonuncu dəfə Avroviziyada 1966-cı ildə Udo Yürqensin təmsilində qələbə qazanmış Avstriyanın müsabiqədə ikinci qalibiyyəti idi.