1990 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
From Wikipedia, the free encyclopedia
Voleybol üzrə qadınlararası dünya çempionatı 1990 — 1990-cı ildə Çində təşkil edilən, SSRİ-nin çempionluğu ilə bitən turnir. Avqust ayının səkkizində başlayan dünya çempionatı sentyabrın birində yekunlaşmışdır. Yarışda ilk dəfə olaraq Çin Taybeyinin milli komandası iştirak etmişdir. Onlarla yanaşı Misirin də debüt turniri olmuşdur.