1990 FİFA Dünya Kuboku
From Wikipedia, the free encyclopedia
1990 FİFA Dünya Kuboku (ita. Campionato mondiale di calcio 1990) — iyunun 8-dən iyulun 8-nə gədər İtaliyada baş tutan sayca 14-cü futbol üzrə FİFA Dünya Çempionatı. 1988-ci ilin aprel ayından FİFA-ya üzv olan 116 yığma yarışın final mərhələsinə qatılmağ üçün mübarizə apardı. Nəticədə ev sahibi İtaliya və son Dünya çempionu Argentina yığmasıda daxil olmağla 22 yığma final mərhələsində mübarizə aparmaq hüququ qazandı.
1990 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | İtaliya |
Tarix | 8 iyun - 8 iyul (31 gün) |
Başlama tarixi | 8 iyun 1990 |
Bitmə tarixi | 8 iyul 1990 |
Komanda sayı | 22 (5 qitədən) |
Stadion sayı | 12 (12 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Almaniya milli futbol komandası |
Çempion | Qərbi Almaniya |
Gümüş medalçı | Argentina |
Bürünc medalçı | İtaliya |
Dördüncü yer | İngiltərə |
Yarış statistikası | |
Oyun sayı | 52 |
Qol sayı | 115 (matç başına: 2.21) |
Tamaşaçı sayı | 2516215 matç başına: 48389 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Salvatore Sçillaçi (6 qol) |
Ən yaxşı oyunçu | Salvatore Sçillaçi |
Ən yaxşı gənc oyunçu | Robert Prosineçki |
Fair Play mükafatı | İngiltərə |
← 1986 1994 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Yarışın qalibi finalda son Dünya çempionu Argentina yığmasını Andreas Brehmenin 85-ci dəqiqədə vurduğu penalti qolu ilə 1:0 məğlub edən və üçüncü dəfə Dünya çempionu olan Qərbi Almaniya yığması oldu. Ev sahibi İtaliya yığması üçüncü yeri, yarım-finalda qərbi almanlara uduzan İngiltərə futbolçuları isə dördüncü yeri tutdu. Bu mundial həmdə çempion olan Qərbi Almaniya yığması üçün sonuncu yarış oldu; Bir müddət sonra, 1990-cı ildə Qərbi və Şərqi Almaniya dövlətləri vahid Almaniya adı altında birləşdi. BƏƏ, İrlandiya, Kosta-Rika yığmaları Dünya Çempionatlarında debüt etdi. Mundialın rəsmi topu "Adidas Etrusco Union" idi.
1990-cı ilin Dünya Çempionatı mundiallar tarixinin ən aşağı məhsuldarlığ qeydə alınan yarışı oldu. 52 oyunda futbolçular 115 dəfə qapılara yol tapdı; oyun başına orta hesabla 2.21 qol.