1957 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur.
Cəld faktlar 1957 Avroviziya Mahnı Müsabiqəsi, Final ...
1957 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 3 mart 1957 |
Kanal | ARD |
Keçirilən yer | Großer Sendesaal des hessischen Rundfunks Frankfurt, Qərbi Almaniya |
Qalib mahnı | Niderland "Net als toen" |
Seçki sistemi | Hər bir ölkədən 10 münsif vardı. Onların hər biri yalnız bir bəyəndiyi mahnıya səs verə bilərdi |
İştirakçıların sayı | 10 |
İlk dəfə iştirak edən ölkələr | Avstriya Böyük Britaniya Danimarka |
İştirakçı xəritəsi
İştirak edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1956 1958 ► |
Bağla