1900 Yay Olimpiya Oyunlarında futbol
From Wikipedia, the free encyclopedia
Futbol turniri ilk dəfə 1900 Yay Olimpiya Oyunlarında oynanılıb. Üç klub arasında yalnız iki görüş təşkil olunub. Komandaların heç biri medallarla mükafatlandırılmayıb. Bu yarışlarda Böyük Britaniya, Fransa və Belçika futbol komandaları iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin keçmiş olimpiyadalar haqqında verdiyi məlumata görə, Böyük Britaniya qızıl, Fransa gümüş , Belçika komandası isə bürünc medalın sahibi olub. Futbol matçları Parisdə Vélodrome de Vincennes stadionunda keçirilib.
II Yay Olimpiya Oyunlarında kişilərin futbol turniri | ||
![]() | ||
Yer | Vélodrome de Vincennes | |
Davametmə müddəti | 20 sentyabr - 23 sentyabr | |
İştirakçılar | 3 ölkədən 35 iştirakçı | |
Medallar
|
---|