Əziz Səncər
Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı, 2015-ci il Nobel mükafatı laureatı / From Wikipedia, the free encyclopedia
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946[1]) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.[3][4]
Əziz Səncər | |
---|---|
türk. Aziz Sancar | |
Doğum tarixi | 8 sentyabr 1946(1946-09-08)[1] (77 yaş) |
Vətəndaşlığı |
Türkiyə ABŞ |
Həyat yoldaşı | Qven Səncər |
Elm sahələri |
biokimya molekulyar biologiya DNT təmiri Xərçəng araşdırması |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Klaud Stan Rupert |
Üzvlüyü | |
Mükafatları |
TÜBİTAK mükafatı (1997) Vəhbi Qoç mükafatı (2007) Kimya üzrə "Nobel" mükafatı (2015) Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2021)[2] |
sancar.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub.[5][6][7]