Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent From Wikipedia, the free encyclopedia
Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri.
Əziz Ələkbərli | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | 62 saylı Saatlı |
Əvvəlki | Əflatun Amaşov |
Vəzifədədir | |
3 avqust 2022-ci ildən | |
Ana Vətən Partiyasının sədrinin müavini | |
Sədr | Fəzail Ağamalı |
Şəxsi məlumatlar | |
Doğum adı | Əziz Yusif oğlu Ələkbərov |
Doğum tarixi | 5 oktyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | filoloq, siyasətçi, dövlət xadimi, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya, jurnalistika, siyasət |
Elmi dərəcəsi |
|
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı.
Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur[1]. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur.
1987-ci ildə təyinat müddətini bitirib, Vedibasar mahalının Qaralar kəndiə qayıtmış, lakin 1988-ci ilin payızında ailələri ilə birlikdə Ermənistan SSR-dən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır.
Ə. Ələkbərli 1988-ci ildən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlamış, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ilin yanvarında professor Yaşar Qarayevin rəhbərliyi ilə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 2004-cü ilin noyabrınadək həmin institutda böyük elmi işçi, bölmə müdiri vəzifələrində işləmişdir.
2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmiş və hazırda həmin institutun "Qərbi Azərbaycan folkloru" şöbəsinin müdiri, dosentdir. Dəfələrlə Azərbaycanda və xaricdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.
2018-ci ildə "Folklorda tarixilik (Qərbi Azərbaycan folklor materialında)" mövzusunda doktorluq işini tamamlanmış və müdafiəyə təqdim etmişdir.
Ə. Ələkbərli 1991–1998-ci illərdə həm də mətbuatda çalışmış, müxtəlif qəzetlərdə müxbir, şöbə müdiri, məsul katib, redaktor, baş redaktor müavini işləmişdir. 1993–1994-cü illərdə "Ana Vətən" qəzetinin, 1997–1998-ci illərdə "Ağrıdağ" qəzetinin baş redaktoru olmuşdur. 1996–1997-ci illərdə "Xalq qəzeti" qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ə. Ələkbərli həm də Azərbaycanda yaradılan ilk özəl nəşriyyatlardan birinin – 1997-ci ildən fəaliyyət göstərən müstəqil "Ağrıdağ" nəşriyyatının yaradıcısı və direktorudur.
Eyni zamanda Azərbaycan Milli Ensiklopediyasının böyük redaktoru vəzifəsində çalışır və Azərbaycan Milli Ensiklopediyasının müəlliflərindən biridir. Həmçinin "Erməni işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın hesablanması və qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun üzvüdür.
2012–2014-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyəti sədrinin müavini, 2014–2022-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri olmuşdur. 2019-cu il martın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin tərkibində Qərbi Azərbaycan İcmasını yaratmış və onun ilk sədri olmuşdur.
2020-ci il fevralın 9-da Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçilmiş, Milli Məclisin Əmək və sosial siyasət və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü olmuşdur.
2022-ci il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilmiş və Ə. Ələkbərli İcmanın sədri seçilmişdir.
Əziz Ələkbərli bir müddət Ana Vətən Partiyasının sədr müavini olmuşdur.[2] Hal-hazırda Ə. Ələkbərli Yeni Azərbaycan Partiyasının üzvüdür.
2024-cü il sentyabrın 1-də keçirilmiş Mlli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkilərə qatılmış və Milli Məclisin VII çağırış deputatı seçilmişdir.
2024-cü ilin oktyabrında Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə spiker Sahibə Qafarovanın sərəncamı ilə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri təyin olunmuşdur.[3]
Ə. Ələkbərli nəşr olunmuş 500-dən çox elmi və publisistik məqalənin, 47 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. "Qədim Türk-Oğuz yurdu – "Ermənistan" kitabı 2009-cu ildə Türkiyədə kütləvi tirajla təkrar nəşr edilmişdir. Bundan əlavə, 100-dən çox kitabın redaktoru, ön sözünün müəllifi və naşiridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.