![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/El_patizambo%252C_por_Jos%25C3%25A9_de_Ribera.jpg/640px-El_patizambo%252C_por_Jos%25C3%25A9_de_Ribera.jpg&w=640&q=50)
Əyripəncə
From Wikipedia, the free encyclopedia
Əyripəncə (isp. El pie varo) (həm də Əyripəncə oğlan kimi tanınır) — 1642-ci ildə İspaniya rəssamı Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəridir. Neapolda çəkilmiş rəsm əsəri hazırda Parisdəki Luvr muzeyinin kolleksiyasında saxlanılır. Sənət tarixçisi Ellis Uoterhaus əsəri “Riberanın büün yaradıcılığını təfsir edən təcrübə daşı adlandırır.”[3]
Əyripəncə | ||
---|---|---|
isp. El pie varo | ||
| ||
Rəssam | Xose de Ribera | |
Tarixi | 1642[1] | |
Üslubu | portret[2] | |
Texnikası | yağlı boya və kətan | |
Ölçüləri | 164 ± 1 sm[2] × 93,5 ± 0,1 sm[2] | |
Materialı | yağlı boya[d][2] | |
Saxlanıldığı yer | Luvr muzeyi | |
Saytı |
louvre.fr/oeuvre-notices… louvre.fr/en/oeuvre-noti… louvre.fr/jp/oeuvre-noti… |
|
İnventar nömrəsi | MI 893 | |
![]() |
Flamand taciri tərəfindən sifariş edilmiş rəsmdə neapollu dilənçi oğlan təsvir edilmişdir; onun ayağı deformasiyalıdır. Oğlanın arxasında geniş və işıqlı peyzaj təsvir edilmişdir, nazik və köhnə geyimdə olan uşaq gülümsəyir, onun sol çiynində qoltuqağacı vardır. Əlində tutduğu kağızda latın dilində yazılmışdır: “DA MIHI ELEMOSINAM PROPTER AMOREM DEI” (azərb. Tanrı sevgisi naminə, sədəqə verin).