![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0e/Guyuk_khan%2527s_Stamp_1246.jpg/640px-Guyuk_khan%2527s_Stamp_1246.jpg&w=640&q=50)
Əski monqol əlifbası
From Wikipedia, the free encyclopedia
Əski monqol əlifbası (klassik monqol yazısı, monq. monqol biçiq) — monqol yazılarından biri, qədimi monqol yazı sistemi, XIII əsrdən bizim günlərə qədər dayanmaz istifadədədir. Günlərimizə kimi qorunub saxlanılan ən qədim əski monqol abidəsi Çingiz daşıdır, (1224/1225 il).[1] Qədim zamanlardan bəri Monqolustanın, Rusiyanın və Çinin monqol xalqları tərəfindən əsas yazı növü kimi istifadə edilirdi. Özündən bir neçə törəmə əmələ gətirir: todo-biçiq, vaqindra və mançjur yazıları. Mançjur yazısı Çində Tsin sülaləsinin idarəetmə dövründə istifadə edilirdi.
Cəld faktlar Dillər, Yarandığı yer ...
Əski monqol əlifbası | |
---|---|
![]() | |
Dillər | monqol dili |
Yarandığı yer | Mərkəzi Asiya, Türküstan |
Ərazi | Çin, Monqolustan |
Dövr | 1204 b. e. -dan indiki zamana kimi |
Bağla