From Wikipedia, the free encyclopedia
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı.
Engin Altan Düzyatan | |
---|---|
türk. Engin Altan Düzyatan | |
| |
Doğum tarixi | |
Doğum yeri | Qarşıyaxa, İzmir, Türkiyə |
Milliyyəti | Türk |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Nəslişah Alkoçlar (2014) |
Uşağı | Əmir Aras Düzyatan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1997–h.h. |
Təhsili | Doqquz sentyabr Universiteti |
Mükafatları | "Ən yaxşı kişi oyunçu" mükafatı (2012, "Bir ovuc dəniz" filmi) |
IMDb | ID1731629 |
Engin Altan Düzyatan internet səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir.
Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu.
Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır.
2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.