Ən yüksək televiziya qüllələrinin siyahısı
From Wikipedia, the free encyclopedia
Dünyadakı ən yüksək televiziya qüllələrinin siyahısına yalnız konusvari quruluşa malik və hündürlüyü 300 metrdən çox olan teleqüllələr daxildir. Televiziya siqnalının ötürülmə məsafəsi ötürücünün hündürlüyündən asılıdır, buna görə də televiziya qüllələri mümkün qədər yüksək səviyyədə tikilir və ərazinin ən yüksək nöqtələrinə yerləşdirilir.
Televiziya qüllələri, bir qayda olaraq, yer üzərindəki ən hündür binalardır, onlar tez-tez müşahidə platformaları ilə birləşirlər. Dünyanın ilk dəmir-beton teleqülləsi 1956-cı ildə Ştutqartda inşa edilmişdir. Ştutqart teleqülləsi bütün dünyada bu tip bir çox qüllələrin prototipi olmuşdur.
Dünyadakı ən yüksək teleqüllə və dünyanın ən yüksək ikinci tikilisi Tokiodakı Sky Tree (634 m, 2012)teleqülləsidir, Rusiyada və Avropada ən yüksək teleqüllə isə- Ostankino teleqüləsidir (540 m, 1967).