Ən bahalı rəsm əsərlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir.[1][2]