From Wikipedia, the free encyclopedia
Əmir Məmməd oğlu Rüstəmov (10 (23) dekabr 1909, Şuşa – 13 aprel 1979, Bakı) — general-mayor.
Əmir Rüstəmov | |
---|---|
Əmir Məmməd oğlu Rüstəmov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 (23) dekabr 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 1979 (69 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
Əmir Məmməd oğlu Rüstəmov 5 dekabr 1909-cu ildə Şuşa şəhərində doğulmuşdu. Kiçik yaşlarından ailəsi ilə birlikdə Aşqabada köçmüşdü. İnşaat texnikumunu bitirdikdən sonra (1931) SSRİ Baş Pambıqçılıq Komitəsinin Tacikistan SSR tikinti trestində mühəndis işləmişdir. 1932-ci ildən Sovet Ordusunda xidmət etmişdir. 1937-ci ilə qədər Orta Asiyada müxtəlif hərbi dəstələrin tərkibində basmaçıların qalıqlarına qarşı mübarizə aparmışdır. 1941-ci ildə V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasını bitirmişdir. 1942–1943-cü illərdə Rostov altında, Qafqaz uğrunda gedən vuruşlarda fəal iştirak etmişdir. Böyük Vətən müharibəsindən sonra Quru qoşunların mühəndis xidməti qərargahı əməliyyat söbəsinin rəisi təyin olunmuşdur. 1952-ci ildə K. J. Voroşilov adına Hərbi Akademiyanı bitirmişdir. Almaniyada Sovet qoşunları qrupunun tərkibində ordu mühəndis qoşunlarının rəisi (1952–56), Sibir Hərbi Dairənin mühəndis qoşunlarının rəisi (1956–66), V. V. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasında kafedra rəisi (1966–69) işləmişdir. 1969-cu ildə ehtiyata buraxılmışdır.
Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.