Çində uyğur siyasətçi From Wikipedia, the free encyclopedia
Əminə Buğra (çin. ənən. 愛美娜 1920) — Çində uyğur siyasətçi. 1948-ci ildə Çin Respublikasının parlamenti "Qanunverici Yuan"a seçilən ilk qadınlardan olmuşdur. O qanunverici orqana Sincan əyalətindən seçilmişdir.
Əminə Buğra | |
---|---|
Vəzifədədir | |
1948 – 1955-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xotan, Sin İmperiyası |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | ÇXR |
Əminə Buğra uyğur siyasi lideri Məhəmməd Əmin Buğranın həyat yoldaşı idi.[1] O, Sincan Qadınlar Birliyinin sədr müavini və Çin Respublikası Konstitusiyasını hazırlayan Konstitusiya Milli Məclisinin üzvü olmuşdur.
1948-ci ildə Sincandan Çin Respublikasının parlamenti Qanunverici Yuana seçilmişdir. Əminə Buğra Çin tarixində parlamentə seçilən ilk qadınlardan idi. O, seçildikdən sonra qanunverici orqanda Siyasi və Yerli Özünü İdarəetmə Komitəsində, Xarici İşlər Komitəsində və Sərhəd Komitəsində təmsil olunmuşdur.
1955-ci il oktyabrın 20-də Qanunverici Yuandan istefa vermişdir.[2] Əmi nə Buğranın istefa məsələsinə gəlincə bu həyat yoldaşı ilə bağlı olmuşdur. Belə ki, Məhəmməd Əmin Buğra 1955-ci ildə Türkiyəyə köç etdiyindən rəsmən bu ölkənin pasportunu almışdır. Çin Respublikası qanunlarına görə həyat yoldaşı başqa ölkənin vətəndaşı olduğundan Əminə Buğra istefa vermək məcburiyyətində qalmışdır.[3][4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.