Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır.
| Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Cəld faktlar Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ƏSF, Növü ...
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ƏSF |
---|
|
Növü |
Fond |
Fəaliyyəti |
Əmanətlərin sığortalanması |
Yaranma tarixi |
9 fevral 2007 |
Rəsmi dili |
Azərbaycan dili |
Mərkəzi |
Azərbaycan, Bakı şəh., Babək pr. 16 AZ1025 |
adif.gov.az |
Bağla
- ASC "XALQ" Bankı
- "Melli İran Bankı" Bakı filialı
- "Azərbaycan Beynəlxalq Bankı" ASC
- "ACCESSBANK" QSC
- "Azər-Türk Bank" ASC
- "Bank of Baku" ASC
- "Bank Respublika" ASC
- "Kapital Bank" ASC
- "YELO BANK" ASC
- "Rabitəbank" ASC
- "TURANBANK" ASC
- "UNİBANK" KB ASC
- Yapı Kredi Bank Azərbaycan QSC
- "Expressbank" ASC
- "Azərbaycan Sənaye Bankı" ASC
- "Bank Avrasiya" ASC
- "Paşa Bank" ASC
- "Naxçıvanbank" ASC
- "AFB BANK" ASC
- BANK VTB (Azərbaycan) ASC
- "PREMIUM BANK" ASC
- "Bank BTB" ASC
- "Ziraat Bank Azərbaycan" ASC
- iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək;
- sığorta haqlarını yığır və onların uçotunu aparmaq;
- öz əmlakını idarə etmək və ona dair sərəncam vermək;
- sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək;
- Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq;
- "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək;
- öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək;
- öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək;
- iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək;
- əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.