From Wikipedia, the free encyclopedia
Əmək və Sosial Müdafiə Nazirliyi (türk. Çalışma ve Sosyal Güvenlik Bakanlığı) — Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi, Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı yanında fəaliyyət göstərən və əmək və sosial təminatla bağlı işlərdən məsul olan nazirlikdir. Nazirliyə Vedat Bilgin rəhbərlik edir.
Türkiyə Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | |
---|---|
Türkiye Cumhuriyeti Çalışma ve Sosyal Güvenlik Bakanlığı | |
Yaranma tarixi |
7 iyun 1945-ci ildə təsis edilib (77 il əvvəl) 21 aprel 2021 (2 il əvvəl) (yenidən quruluş) |
Rəsmi dili | Türk |
Fəaliyyət göstərdiyi yer | Türkiyə Cümhuriyyəti |
csgb.gov.tr |
27 may 1934-cü il tarixli 2450 nömrəli İqtisadiyyat Nazirliyinin Təşkilat və Vəzifələri haqqında Qanunla ilk dəfə olaraq nazirliyin tərkibində Müəssisələr və İşçilər Bürosu olaraq əsası qoyulmuşdur. Əmək Nazirliyi 7 iyun 1945-ci ildə dövlət idarələrinin nazirliklərə bölünməsi ilə yaradılmışdır. 22 iyun 1945-ci ildə Əmək Nazirliyinin yaradılması və vəzifələri haqqında 4763 saylı Qanun qüvvəyə minmişdir.
Sosial Müdafiə Nazirliyi 1974-cü ildə yaradılıb. Sosial Sığorta Təşkilatı və Bağ-Kur bu Nazirliyə tabedir.
Prezident idarəetmə sisteminə keçid prosesi çərçivəsində 2018-ci ildə Ailə və Sosial Siyasətlər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilərək Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi yaradılıb.[1] Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin bölünməsi nəticəsində Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi ilə birlikdə yaranan iki nazirlikdən biridir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.