![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/6/6a/%25C6%258Flvida%252C_silah%2521_%2528roman%2529.jpg/640px-%25C6%258Flvida%252C_silah%2521_%2528roman%2529.jpg&w=640&q=50)
Əlvida, silah! (roman)
From Wikipedia, the free encyclopedia
Əlvida, silah! və ya Silahlara əlvida — Ernest Heminqueyin romanı.
Əlvida, silah! | |
---|---|
A Farewell to Arms | |
![]() Əsərin 2017-ci il azərbaycanca nəşrinin üz tərəfi | |
Müəllif | Ernest Heminquey |
Janr | Roman |
Orijinalın dili | İngiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 1929 |
Tərcüməçi | Hacı Hacıyev |
Nəşriyyat | Bakı Kitab Klubu (2017) |
Səhifə | 345 (1961), 264 (1986) 320 (2017) |
Tiraj | 100 (2017) |
ISBN | 978-9952-8252-0-6 |
Elektron versiya | |
![]() |
Roman avtobioqrafik sayılır. Yazıçı Birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.[1][2]
"Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.[3]
Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.[1][2]
Əsər Üçüncü Reyxdə qadağan olunub.[4]
Yazıçı 1958-ci ildə The Paris Review jurnalına müsahibəsində etiraf edib ki, romanın son sözünü 39 variantda yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub.[1][2]