Əlixan Törə
din alimi, siyasətçi / From Wikipedia, the free encyclopedia
Əlixan Törə, Əlixan Törə Saquni, Əlixan Şakirxocayev, (uyğ. ئەلىخان تۆرە, özb. Alihon Tura çin. 艾力汗·吐烈; 21 mart 1884, Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya imperiyası – 28 fevral 1976, Daşkənd, Özbəkistan SSR, SSRİ) — İkinci Şərqi Türkistan Respublikasının özbək əslilli birinci prezidenti. Törə vaxtilə Balasaqun indi hazırkı Qırğızıstanın Tokmak qəsəbəsində anadan olmuş, lakin 1920-ci ildə Sovet hökümətinin qurulması ilə Şərqi Türkistandakı Qaşqara mühacirət etmişdir. 1944-cü ilin aprelində Əlixan Törə Əbdülkərim Abbas və digər on nəfərlə birlikdə Şərqi Türkistanı Çin Milliyyətçi hakimiyyətindən azad etmək üçün Külçədə (Yining) azadlıq təşkilatı qurdular.[5] 1944-cü il noyabrın 11-də SSRİ-nin dəstəyi ilə İli üsyanını qaldırdılar.[5]
Əlixan Törə Saquni | |
---|---|
Əlixan Şakirxocayev | |
İkinci Şərqi Türkistan Respublikasının birinci prezidenti | |
Vəzifədədir | |
12 noyabr 1944 - 16 iyun 1946-cı ildən | |
Əvvəlki | Əhmədcan Qasimi[1][2][3][4] |
Sonrakı | vəzifə yeni təsis olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tokmak (Qırğızıstan), Yeddisu vilayəti, Türkistan general-qubernatorluğu, Rusiya İmperiyası |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, marşal, alim, üləma |
Dini | islam |
Rütbəsi | Milli ordu marşalı |
Elmi fəaliyyəti | |
Tanınır | Siyasətçi, şair, alim |
Vikianbarda əlaqəli mediafayllar |