Əliabad (Zaqatala)

From Wikipedia, the free encyclopedia

Əliabad (Zaqatala)map

ƏliabadAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Zaqatala rayonunun Əliabad kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Əliabad kənd Soveti ləğv edilərək, Əliabad şəhər tipli qəsəbəsi mərkəz olmaqla Əliabad qəsəbə Soveti yaradılmışdır.[1]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Əliabad
41°28′42″ şm. e. 46°37′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 262 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.700 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6218
Xəritəni göstər/gizlə
Thumb
Əliabad
Əliabad
Bağla

Tarixi

Tarixi abidələri

Tarixi abidələr: Pəri qala, qədim qəbristanlıq, Cümə məscidi[2], Mada Əlinin evi, 1000 yaşlı palıd ağacı.

Coğrafiyası və iqlimi

Əliabad qəsəbəsi, rayon mərkəzindən 18 km aralı, Zaqatala-Balakən şose yoluna bitişik bir ərazidə yerləşir. Qəsəbə Qımır, Suvagil, Lahıc, Bəhmədli, Mosul, Yengiyan, Qandax, Əli Bayramlı kəndləri ilə həmsərhəddir. Ərazisi 6089 hektardır.[3]

Əhalisi

14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Əliabad şöbəsi, Əliabad kənd cəmiyyəti tərkibinə daxil olan Əliabad kəndində 790 evdə sünni etiqadlı müsəlman ingiloylardan ibarət 4.351 nəfər (2.223 nəfəri kişilər, 2.128 nəfəri qadınlar) əhali yaşayırdı.[4]

13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən qəsəbədə 10.394 nəfər (5.147 nəfəri kişilər, 5.247 nəfəri qadınlar) əhali yaşayırdı.[5]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən qəsəbə əhalisi 10.586 nəfər, 1 yanvar 2013-cü il tarixinə isə 10.7 min nəfərdir.[3][6] Rəsmi məlumata əsasən qəsəbə əhalisinin əksəriyyəti azərbaycanlılardır.[3] Qeyri-rəsmi məlumatlara əsasən isə qəsəbə əhalisinin 95 %-ni etnik ingiloylar təşkil edir.[7] Dini mənsubiyyəti, əsasən müsəlman.

İqtisadiyyatı

Əhalinin əsas məşguliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Mədəniyyəti

Qəsəbədə 1 mədəniyyət evi, 3 klub, 4 kitabxana, 2 rabitə şöbəsi, 1 elektron ATS, 1 yanğınsöndürmə məntəqəsi vardır.

Təhsil

Qəsəbədə 4 ümümtəhsil məktəbi və 3 uşaq bağçası fəaliyyət göstərir.

Səhiyyə

Qəsəbədə 75 çarpayılıq xəstəxana və doğum evi, 6-dan çox aptek mövcuddur.

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.