From Wikipedia, the free encyclopedia
Tacəddin Əlişah Təbrizi (?-1324) — memar, vəzir. Təbrizi zəngin tacir. O, Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur.
Əlişah Təbrizi | |
---|---|
Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Təbrizi | |
Vəzifədədir | |
1311-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1324 |
Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil.[1]
Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Dövrünün aristokratlarının rəğbətini qazanan Əlişah Olcaytunun da rəğbətini qazanmaq üçün ona çoxlu daş-qaş hədiyyə etmişdir.[2][3] Olcaytunun vəzirlərindən Sadəddin Savəci onun yüksəlişinin qarşısını almaq üçün Tacəddinin Bağdadda açılan tikiş fabrikinin başçısı olaraq təyin edilməsinə nail olur.[4] Lakin o bu hadisəni öz leyhinə çevirməyə nail olaraq buradaki fəaliyyəti ilə öz nüfuzunu daha da artırır. Olcaytu xanın dövründə dövlətin daxili məsələlərinə Sadəddin Savəci, Fəzlullah Rəşidəddin və Tacəddin Əlişah birgə nəzarət edirdilər.[5] Daha sonra Sadəddin Savəcinin rüşvət iddaaları ilə edam edilməsi dövlət işlərində Tacəddinin rolunu daha da artırdı.[6] Bundan sonra Fəzlullah Rəşidəddinin tövsiyəsi ilə Elxanilərin geniş torpaqlarını idarə etmək üçün Sahib Divani vəzifəsi Tacəddin Əlişaha həvalə edildi. Tacəddin Əlişah bu münasibətlə Bağdadda böyük bir şənlik təşkil edərək, Elxani hökmdarına da çoxlu qiymətli parçalar, daş qaş hədiyyə etdi.
Hicri 715-ci ildə Elxanilərin vəliəhdi və Xorasan hakimi Əbu Səid öz yürüşləri üçün bir neçə dəfə xəzinədən vəsait tələb etdi. Bu hadisə iki vəzir arasında mübahisəyə səbəb oldu. Olcaytu xan müvəqqəti olaraq mübahisəni aradan qaldırmaq məqsədilə vəzirlərin təsir dairlərini iki hissəyə böldü. Belə ki, Xorasana qədər olan torpaqlar (İraq, Əcəm, Fars, Kirman, Luristan) Fəzlullah Rəşiddəddinə taprşırıldı. Təbriz, Diyarbəkr, Diyar Rəbiyə, Muğan, Aran, Bağdad, Bəsrə isə Tacəddin Əlişaha tapşrılıdı. Şahzadənin davamlı vəsait tələblərini idarə etmək üçün isə maliyyə işləri şah tərəfindən Əmir Çupanın öhdəliyinə verildi.
Bir müddət sonra Fəzlullah Rəşiddənin xəstələnərək istirahətə getməsindən istifadə edən Əlişah onu Moğol şahzadələrinin mülklərini müsadirə etməkdə günahlandırır və şahı da buna inandırmağa nail olur. Daha sonra isə fənd işlədərək şahdan onun bağışlanmasını diləyir.
Olcaytu xanın ölümündən sonra 1317-ci ildə taxta onun oğlu Əbu Səid Bahadır xan keçdi. O gənc olduğuna görə dövlət məsələləri iki vəzir tərəfindən ortaq idarə edilirdi. Bİr müddət sonra Əbu Səid ilə Fəzlullah Rəşiddədin arasında mübahisə yarandı. Rəşidəddinin istefası ilə Tacəddin şahın hörmətini qazanaraq tək vəzir olmağa nail oldu. Onun adına yazılan qəsidələr də Tacəddinin dövlətin önəmli şəxsiyyətlərindən biri olduğunun sübutudur.[7] Tacəddin Əlişah Əbu Səid xanı inandır ki, Olcaytunun sui-qəsdində vəzir Rəşidəddinin də barmağı var. Nəticə də Fəzlullah Rəşidəddin və oğlu 1318-ci ildə edam edildi.[6] Bu hadisədən sonra Əlişah 6 il vəzirliyini davam etdirdi. 1324-cü ildə isə xəstələnərək 60 yaşında vəfat etdi. Bəzi mənbələrdə onun ölüm yeri kimi Ərcan qeyd olunur. Ölümündən sonra onun cənazəsi Təbrizə gətirilərək öz inşa etdirdiyi Əlişah məscidində dəfn edildi. O öz əcəli ilə ölən yeganə Moğol vəziri olmuşdur.
Olcaytu xan başa düşürdü ki, siyasi və hərbi uğurlar unudulsa da memari əsərlər ömür boyu onun xatırlanmasına səbəb olacaq. Olcaytu xanın memarlığa verdiyi önəmi görən Tacəddin Əlişah Bağdadda Şatiyə sarayı ilə Qiyasiyyə və Siyariyyə adlı iki mədrəsəni inşa etdirdi. Mənbələrdə onun inşa etdirdiyi saray haqqında məlumat verilir ki, sarayın inşasında 10 min dinar xərclənmişdi. Sarayın qapı və divarlarda zümrüd və yaqutdan istifadə olunub. Sarayın təsvirlərində görkəmli bir qübbədən bəhs olunmuşdur.[8]
Onun zəngin yaradıcılıq irsindən Təbrizdə Şənb Qazan və Əlişah Cümə məscidi kompleksləri, Sultaniyyədə saray ansamblı, xeyriyyə kompleksi, cümə məscidi aşkarlanıb tədqiq edilmişdir. Əli şah tərəfindən tikdirilən məscid ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Vəzir Tacəddin Təbrizdəki məsciddən başqa Bağdadda Firdovsi adlı iş yeri, Sultaniyyədə bazar yeri tikdirmişdir.[9] Bağdadda inşa edilən bu iş yerinə bəzi qaynaqlarda Firdovsi Karxanası adı rast gəlmək mümkündür. Bu karxananın tikintisində 4000 min nəfər iştirak etmişdir və 13 gün ərzində Fərat çayından gətirilən mərmərlər istifadə edilməkdə inşa edilmişdir.[10] Dövr qaynaqlarına görə abidənin uzunluğu 600 gez eni isə 100 gez olmuşdur. Günümüz ölçü vahidləri ilə bu 277 metr uzunluq, 46 metr genişlik deməkdir. Tacəddin Əlişah Qazan xanın əmri ilə Ərciş qəsəbəsini inşa etdirmişdir. Bəzi mənbələrdə Ərciş qalasının da onun tərəfindən inşa etdirdiyi yazılsa da, təmir etdirməsi faktı daha düzgün olardı. Çünki qalanın mənşəyi Urartulara qədər uzanmaqdadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.