From Wikipedia, the free encyclopedia
Əkbər Qoşalı (azərb. Yolçuyev Əkbər Mehdi oğlu; 3 aprel 1973, Qoşa, Tovuz rayonu) — nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin (1998) və Azərbaycan Jurnalistlər Birliyinin (1995) üzvü; DGTYB-nin sədri (1998-ci ildən).
Əkbər Qoşalı | |
---|---|
azərb. Yolçuyev Əkbər Mehdi oğlu | |
Doğum adı | Əkbər |
Təxəllüsü | Qoşalı |
Doğum tarixi | 3 aprel 1973 (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Mehdi Yolçuyev |
Təhsili | Azərbaycan Texniki Universiteti (1990–1995); Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1998–2001) |
İxtisası | Elektronika mühəndisi; Dövlət və bələdiyyə idaretməsi |
Fəaliyyəti | yazıçı, publisist, şair |
Əsərlərinin dili | Azərbaycanca |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub.[1] Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980–1988) və Çatax kənd orta məktəbində (1988–1990) alıb.[2]
Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi "Elektronika mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998–2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb.[2]
Ailəlidir, üç övladı var.[3]
Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb.[2] Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə. Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb. 2006-cı ilin noyabrından 2008-ci ilin mayınadək "N" saylı h/h-də zabit kimi həqiqi hərbi xidmət keçən Ə. Qoşalı[2], hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən ATATÜRK Mərkəzinin şöbə müdiri vəzifəsinə qayıdıb və 2020-ci ilədək bu vəzifədə çalışıb. Hazırda Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti vəzifəsində çalışır.
Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib; digər Forumların nümayəndəsi olub. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqanlarının üzvü, o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub. 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb.[4] Hazırda, 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı[5]. olan Ə. Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – "Ədəbiyyat Qəzeti"nin (2004-cü ildən bəri)[6] və "Ulu Çinar" jurnalının (2010-cu ildən bəri) redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvü, www.dgtyb.az; www.bizimyazi.az ədəbi saytlarının baş redaktorudur. "Yeni Azərbaycan" qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub (2011–2017). Özbəkistanın "Kitab Dünyası" qəzetinin (2017), Türkiyədə çıxan "Yüce Erek" dərginin (2001), habelə "Kərkük" qəzetinin (2006) Azərbaycan təmsilçisidir. Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür.
1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilmişdir[5]. Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX–X qurultaylarında yenidən başqan seçilmişdir (1999–2000). 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüşdür.[4]
1990-cı illərdən ədəbi fəaliyyətə başlamışdır[5]. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət "Qar çiçəyi" (1997), "Türkün səsi" (1999) toplularını tərtib edib, çap etdirmişdir.
İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından "Nursultan Nazarbayev" siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan "Azərbaycan türkologiyası"nın (1920–1938) tərtibçilərindən biridir. 2019-cu ildə "Ürək daşı" adlı şeirlər kitabı çap olunub.
Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.