Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Ədəbiyyat üzrə Nobel mükafatı — İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.[2] Ədəbiyyat üzrə ilk Nobel mükafatı 1901-ci ildə Sülli-Prüdoma təqdim edildi.[3] Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Prüdoma verilən mükafat pulu 150.782 SEK təşgil edirdi. Bu məbləğ yanvar 2018-ci ildə 8.823.637,78 SEK idi. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]
2021-ci ildən etibarən mükafat 118 şəxsə təqdim edilmişdir.[6] Ən gənc laureat 1907-ci ildə mükafatlandırılarkən 41 yaşı olan Redyard Kiplinq idi. Mükafatı alan ən yaşlı laureat 2007-ci ildə mükafatlandırılarkən 88 yaşı olan Doris Lessinq olub. Erik Karlfeldt 1931-ci ildə ölümündən sonra mükafata layiq görülüb.[7] 1958-ci ildə bu mükafata layiq görülmüş Rusiyalı Boris Pasternak, SSRİ hökumətinin təyziqləri altında mükafatdan imtina etməyə məcbur olmuşdur. 1964-cü ildə Jan Pol Sartr, keçmişdə bütün rəsmi mükafatlardan imtina etdiyi kimi[8] bu mükafatdan da imtina etmişdir.[9] Bütün bunlara baxmayaraq, Nobel komiteti mükafatdan imtinanı qəbul etməyib və Pasternak və Jan Pol Sartrı Nobel laureatları siyahısına daxil etmişdir.[10]
16 qadın Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur.[11][12] 1904, 1917, 1966 və 1974-cü ildə mükafat iki nəfərə verilmişdir. 1914, 1918, 1935, 1940–1943 və 2018-ci ildə isə mükafat verilməmişdir.[13] 2018-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı 2019-cu ilin mükafatı ilə birlikdə 2019-cu ilin oktyabrında verildi.[6][14][15] 2021-ci ilə qədər Ədəbiyyat üzrə Nobel Mükafatının 29 ingilis dilli, 15 fransız dilli və 14 alman dilli qalibi mövcuddur.