Şulqan Daş qoruğu
From Wikipedia, the free encyclopedia
Şulqan Daş qoruğu — Baçşqırdıstan əazisində yerləşən dövlət təbiəıt qoruğu. DFederal statusa sahibdir. Cənubi Uralın qərb ətəklərində, dağ-meşə zonasında, bütünlüklə Böryən rayonu ərsazisində yerləşir. Qoruğun sahəsi 22 531 ha-dır (225 km²). Qoruğun adı başqırdca «şulqan» («yoxa çıxmış») və «taş» («daş») sözlərinin birləşməsindən meydana gəlmişdir.
Şulqan Daş qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 22 531 hektar |
Yaradılma tarixi | 1958 |
Yerləşməsi | |
52°02′00″ şm. e. 57°03′00″ ş. u. | |
Ölkə | Rusiya |
Rayon | Böryən |
shulgan-tash.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Altın-Solok yasaqlığı ilə birlikdə Başqır Uralı adı altında YUNESKO-nun Rusiyada yerləşən Dünya İrsi siyahısına namizəddir[1].
Qoruq 1958-ci il Başqırd qoruğunun bir filialı olaraq təşkil edilmişdir. 16 yanvar 1986-cı ildən isə müstəqil qoruğa çevrilmişdir.Qoruq yerli yaban arılarının mühafizə altına alındığı qoruqdur[2].
Qoruqda orta ayılq temperatur −16° С, iyun və iyul ayları isə +16° С təşkil edir. İqlimi mülayim kontinentaldır. İl ərzində 270 – 750 mm yağıntı düşür. Relyefi alçaq dağlıqdır. Əsasən enli və iynə yarpaq meşələrlə örtülmüşdür. Ərazisinin 92 % meşə ilə örtülmüşdür.
Qoruq təbiət qoruyuçu, elmi tədqiqat və ekoloji əhəmiyyət daşıyır. Qoruqda 90 nəfər işləyir. Onlardan 3 elmlər namizədi, 2-si aspirat, 5 isə elmi işçidir.
Qoruq ərazisində 138 arı ailəsi vardır. Bölgəyə gəlmiş və ya gətirilmiş arı cinsləri yerin genefonda böyük zərər vurur. Bu səbəbdən yerli arıların qorunması olduqca vacibdir. «Böryən» arı populyasiyasını qorumaq məqsədi ilə 1997-ci ildə Altın-Solok yasaqlığı təşkil olunmuşdur. [[Fayl:Музей пчеловодства.jpg|thumb|Arıçılıq muzeyi (qoruğa gedən yolda).