Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey?, 12 iyul 1876, Kumamoto6 iyul 1935)Braziliyada yapon icmasının lideri.[1] O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur.[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Şuhey Uetsuka
Thumb
Doğum tarixi 12 iyul 1876(1876-07-12)
Doğum yeri
Vəfat tarixi 6 iyul 1935(1935-07-06) (59 yaşında)
Təhsili
Mükafatları 6-cı dərəcəli "Doğan günəş" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla
Thumb
San-Paulu ştatında yerləşən heykəli.

Həyatı

Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır.[1] 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur.[2] O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur.[1] 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.[2]

Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur.[1] 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur.[3]

Xatirəsi

1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur.[3]

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.