Şuşa həbsxanası
Şuşa şəhərində cəzaçəkmə müəssisəsi / From Wikipedia, the free encyclopedia
Şuşa həbsxanası — 1848-ci ildə, Çar Rusiyası dövründə Şuşa şəhərində inşa olunmuş cəzaçəkmə müəssisəsi. Xurşidbanu Natəvan tərəfindən tikdirilib.[1] Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir.[2] SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Cəld faktlar Yeri, Koordinatları ...
Şuşa həbsxanası | |
---|---|
Şuşa qalası divarlarının Ağoğlan qapısı tərəfdən Şuşa həbsxanasının görünüşü | |
Yeri |
Şuşa![]() |
Koordinatları | 39°46′01″ şm. e. 46°45′23″ ş. u. |
Açılma tarixi | 1848 |
![]() |
Bağla
1992-ci il may ayının 8-də Şuşa şəhəri işğal olunan zaman həbsxana da Ermənistanın nəzarətinə keçmişdir.[3] 2020-ci il noyabrın 8-də Şuşa şəhəri azad edilərkən həbsxana yenidən Azərbaycanın nəzarətinə qayıtmışdır.[4]