Şonen
From Wikipedia, the free encyclopedia
Şonen (少年, şö:nen?, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur.
Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.