From Wikipedia, the free encyclopedia
Şizuki Tadao (志筑 忠雄?, 1760[1][2], Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir.
Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur.[3] Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir.[3] Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi.[3]
Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır.[3] Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır.[3] Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir.[3] Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.[3]
Şizuki Naqasaki limanında əldə etdiyi elmi materiallar üçün şərhlər yazmış və Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etmişdir.[3] O, həyatının 20 ilini sahəyə üçün həsr etmiş, həyatının qalan hissəsini isə bənzər materialların və holland dili haqqında linqvistik tədqiqatların tərcüməsi ilə keçirmişdir.[3] 1795-ci ildə "Roşiaşi Fuqi" (azərb. "Rusiya tarixinin appendiksi") adlı əsəri nəşr olunmuşdur.[4]
Şizuki İsaak Nyutonun "Natural fəlsəfənin riyazi əsasları" əsərinin Con Keyll tərəfindən holland dilində yazılmış şərhlərini tərcümədə etmək üçün 20 il sərf etmişdir.[5] Əsər 1798, 1800 və 1802-ci illərdə "Rekişo Şinşo" (azərb. "Təqvim hadisələri haqqında yeni traktat") adı ilə 3 cild şəklində nəşr olunmuşdur.[5] Bu əsər müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabdır.[6] Qravitasiya və mərkəzdənqaçma qüvvəsi kimi Nyuton konsepsiyaları üçün yaratdığı yaponca terminlər hələ də istifadə olunmağa davam edir.[3] Bu əsərdə Günəş sisteminin yaranması ilə bağlı nebulyar hipotezdən bəhs etmişdir.[4] Onun hipotezi Pyer Simon Laplasın və İmmanuel Kantın hipotezləri ilə oxşarlıq təşkil edir.[3]
Şizuki klassik Çin təlimlərinə sadiq qalsa da, şərhləri orijinallığını qorumuşdur.[3] Kosmoloji prinsiplərlə işləməyə başlamış və fundamental mexanika qanunlarına yönəlmişdir.[3] O, İohann Keplerin planetlərin hərəkəti haqqında üçüncü qanununu dəqiq şəkildə şərh etmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.