![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Safavid_Dynasty%252C_Woman_with_a_Spray_of_Flowers%252C_circa_1575_AD.jpg/640px-Safavid_Dynasty%252C_Woman_with_a_Spray_of_Flowers%252C_circa_1575_AD.jpg&w=640&q=50)
Şirvanşahlar şahbanuları
From Wikipedia, the free encyclopedia
Şahbanu (شهبانو) — Şirvanşahlar dövləti (شروانشاهان) dövründə şahın əsas (baş) xanımına deyilirdi və ən yüksək dövlət adlarından biridir. Azərbaycan tarixində bizim eramızda yaradılmış dövlətlər arasında ilk dəfə Şirvanşahlarda bu titul istifadə edildi.[1] Baxmayaraq ki, 700 ilə yaxın müddət hökm sürmüş Şirvanşahlar dövlətinin tarixində 50 nəfər şahı olub, onların xanımlarından təkcə 17 qadının adı və taleləri tarixə məlumdur. Ümumillikdə, Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar dövləti idarə ediblər.[2] Şirvanşahlar dövlətinin tarixində ilk şahbanu Heysam ibn Xalidin həyat yoldaşı Dilşahpəsənd Bəyim, ən sonuncusu isə Əbubəkr mirzə Dərbəndin xanımı Məleykəcahan xatın olmuşdur.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Şahbanu | |
---|---|
Vəzifədədir | |
Müraciət forması | Aliyyəyi (şəxsin adı) Həzrətləri |
Səlahiyyət müddəti | 861-1539 |
Maaşı | Şahbanu xəzinəsi |
9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir.[3] Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə[4], çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[5].