Şirvanşahların saray binası
From Wikipedia, the free encyclopedia
Şirvanşahların saray binası və ya Şirvanşahların yaşayış binası — Şirvanşahlar saray kompleksinə daxil olan ən qədim tikili.[1] Saray binası kompleksin yuxarı həyəti ərazisində yerləşir.[1] Saray binası yüksək təpə üzərində yerlşəib, şəhərin ümumi planında və xarici simasının formalaşdırılmasında üstünlük təşkil edirdi.[2] Saray Azərbaycan memarlığının şah əsərlərindən biri hesab edilir.[2] Ansamblın yüksək bədii memarlıq keyfiyyətləri, Azərbaycan memarlığında bütöv bir üslubun istiqamətinin yaradılmasına imkan yaratmış, ayrı-ayrı tikililərin yerin relyefi üzərində ustalıqla yerləşdirilməsi, siluetlərin gözəl həlli, imkanlardan və yerli əhəng daşlarının dekorativ xüsusiyyətlərindən məharətli istifadəsi və daş üzərində möhtəşəm oyması ilə fərqlənir.[2]
Şirvanşahların saray binası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | naməlum |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | muzey |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 3.1 |
Kateqoriya | Divanxana |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Sarayın tələbkar əzəmətli binası qapalı saray məkanında üstünlük təşkil edən mövqeni tutur. Ümumi həcm üzərində xeyli irəli çıxmış xüsusi olaraq nəzərə çarpdırılan sadə, lakin, böyük portal, proporsional parçalanmaların ciddiliyi və demək olar ki, bütöv divarların təmizliyi ilə xarakterizə olunur.[3] Sarayın ikimərtəbəli binasının daha qədim tikilinin bünövrəsi üzərində inşa edilməsi istisna edilmir və planın mürəkkəb konfiqurasiyası ilə qeyd edilir. Yuxarı mərtəbə aşağı mərtəbənin planlaşdırılma strukturunu təkrarlayır. Mərkəzi səkkizguşəli zal və ona bitişik eyni formalı bölüşdürücü vestibül ətrafında qruplaşdırılmış əndəruna və biruna üslublu qabaq və yaşayış otaqlarının təşkiledici elementləri idilər.[3]
Həyətin şərqi və cənub fasadlarının çevrələrinin möhkəmlilik həlli planı, cənuba və şərqə, dənizə tərəf yönəlmiş, yonulmuş erkerlərin meydana çıxması, bütün binadan keçən uzununa və eninə olan istiqamətlərdə əsaslı divarların olmaması heyrət doğurur. Aşağı və yuxarı mərtəbələrin otaqları çatma şəkilli tağtavanlarla, portalın arxasındakı səkkizguşəli zal isə gümbəzlə örtülmüşdür.[3]