![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/%25C3%2589pisode_de_l%2527exp%25C3%25A9dition_du_Mexique_en_1838.jpg/640px-%25C3%2589pisode_de_l%2527exp%25C3%25A9dition_du_Mexique_en_1838.jpg&w=640&q=50)
Şirniyyat müharibəsi
From Wikipedia, the free encyclopedia
Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər Fransa və Meksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu.