From Wikipedia, the free encyclopedia
Şeyx Zahid türbəsi — Lənkəranın Şıxəkəran kəndinin qədim qəbiristanlığında yerləşən, Şeyx Zahid Gilaniyə aid edilən türbə. Şeyx Zahid öləndən sonra onun vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurd kəndində (indiki Siyavar kəndi) dəfn edilmişdir. Onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılmışıdır.[1] Sonralar bu abidə dəniz səviyyəsinin qalxması nəticəsində dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şıxəkəran) köçürülmüşdür.
Şeyx Zahid türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Yerləşir | Şıxakəran |
Aidiyyatı | Sufizm |
Tikilmə tarixi | XVII əsr |
İstinad nöm. | 4838 |
Kateqoriya | Memarlıq abidələri |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
1950-ci illərin əvvəllərində bu abidə şıxakəranlı usta Dadaş Nəzər oğlu (1896–1969) tərəfindən türbə kimi yenidən təmir olunub.[2] 2006-cı ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun tapşırığı ilə ziyarətgahda geniş təmir işləri aparılmış, həmçinin abidənin ətrafı da abadlaşdırılmış və bura yol çəkilmişdir. Əhali və turistlər ətraf ölkə və rayonlardan da bura ziyarətə gəlir.[3] Türbədə Şeyx Zahidin adına başdaşı yoxdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.