From Wikipedia, the free encyclopedia
Şeyx Şərif Əhməd (somali. Shariif Sheekh Axmed, ərəb. شريف شيخ أحمد; doğ. 25 iyul 1964) — Somalinin yeddinci prezidenti.
Şeyx Şərif Əhməd 1964-cü il iyul ayının 25-də Somalidə paytaxt Moqadişudan 110 km şimalda yerləşən Orta Şabel əyalətinin Mahaday qəsəbəsində anadan olub.
İslam Məhkəmələri Birliyinin (İMB) keçmiş sədri olub.
Şeyx Şərif ölkənin cənubundakı Haviye tayfasının Abqal qəbiləsindəndir.
Anadan olduğu Mahaday qəsəbəsində da Quran kursuna yazılan Əhməd kiçik yaşlarında ikən Qurani-Kərimi əzbərləyib. Bu və daha sonra bir neçə xarici ölkədə aldığı təhsil ona sonralar atasının da mənsubu olduğu sufi İdrisiyyə təriqətinin liderlərindən olmağa imkan verir. Quran kursunu bitirən Əhməd Şərif ibtidai və orta təhsilini Moqadişuda Misirin əl-Əzhər Universiteti ilə əməkdaşlıq edən Şeyx Sufi məktəbində alır. 1992-ci ildə orta təhsilini Moqadişuda başa vurduqdan sonra ali təhsil almaq üçün Sudana yollanan Əhməd Aldalanj şəhərindəki Kordufan Universitetinin coğrafiya və ərəb dili fakültələrini bitirir. Sudanda təhsilini başa vurduqdan sonra Tripoliyə gedən Əhməd Şərif Liviya Açıq Universitetinə daxil olur və 1998-ci ildə təhsilini Hüquq və İslam Şəriəti fakültəsini bakalavr pilləsi üzrə başa vurur. Şərif Əhməd elə həmin il vətəni Somaliyə qayıdır. Ölkəsinə qayıtdıqdan sonra coğrafiya müəllimi kimi pedaqoqluq fəaliyyətinə başlayan Əhməd Şərif bir müddət sözügedən fənnin tədrisi ilə məşğul olur. 2002-ci ildə Şeyx Əhməd Moqadişudan 90 km aralıda yerləşən Cövhər qəsəbəsində fəaliyyət göstərən şəriət məhkəməsinin hakimi seçilir. Əhməd Şərif hakim kimi əsasən yüngül cinayətlərə və biznesmen şəxs və qurumlar arasındakı müşküllərə baxırdı. Məhəmməd Ömər Həbibin silahlı qruplaşması Cövhər qəsəbəsində nəzarəti ələ keçirdikdən sonra Şeyx Şərif oranı tərk edərək, Moqadişunun Yaqdiş rayonundakı Juba kollecində coğrafiya müəllimi kimi yenidən pedaqoqluq fəaliyyətini davam etdirməyə başlayır. Əhməd Şərif Juba kollecində dərs dediyi zaman 12 yaşlı oğlan silahlı şəxslər tərəfindən qaçırılır. Bu hadisə Şeyx Şərif Şeyx Şərif Əhmədin İslam hərəkatına qoşulmasına səbəb olur. Şagirdi oğrayanların külli miqdarda pul tələb etməsi və bu kimi halların çoxalması Şeyx Şərifi regiondakı adam oğrularına qarşı mübarizə aparmağa sövq edir. Bunun nəticəsi olaraq, o paytaxt Moqadişuda İslam Məhkəmələrinin yenidən bərpa olunması istiqamətində kampaniya aparmağa başlayır. Bu onun həyatında əsas dönüş nöqtəsi olur. 2004-cü ildə Moqadişudakı şəriət məhkəməsinin aparıcı fiqurlarından birinə çevrilən Şeyx Əhməd 2005-ci ildə Birləşmiş İslam Məhkəmələrinin sədri seçilir. Şeyx Şərif müsahibələrində dəfələrlə Moqadişunu silahlı ünsürlərdən və qruplaşmalardan azad etmək istədiyini və bir gün. 2006-cı ilin sentyabrında Somalinin keçmiş prezidenti Əbdülqasım Sələd Həssənin himayəçiliyi ilə Liviyada Afrika liderlərinin sammitində iştirak edən Şeyx Əhməd daha sonra Somali hökuməti ilə danışıqlarda iştirak etmək üçün Sudana yollanır.
2006- Əhməd Şərif Jilib döyüşündə məğlub olduqdan sonra Kismayonu tərkedərək, Keniya ilə sərhədə üz tutur.
2007- Fevralın 8-dən etibarən isə o, digər İMB üzvləri ilə birlikdə Yəmənə üz tutur. 2009-cu il yanvar ayının 21-də keçirilən prezident seçkilərində Şeyx Şərif əsas rəqibləri Nur Həsən Hüseyn və Məsləh Məhəmməd Siad Bərri üzərində parlaq qələbə qazanır. Səsvermənin ümumi nəticələrinə görə, 293 səs toplayan Şeyx Əhməd Şərif 3 il fasilədən sonra yenidən ölkə prezidenti seçilir. Prezidentin inaqurasiya mərasimi isə Cibutinin Kempinski memanxanasında keçirilir.
Bütün həyatı boyu alimlərə xüsusi hörmətlə yanaşan Əhməd Şərif fevral ayının 5-də Cibutidə təşkil etdiyi mətbuat konfransında Yusif əl-Qərdavinin rəhbərlik etdiyi Beynəlxalq Müsəlman Alimlər Birliyinin münaqişənin həllində vasitəçilik etmək təklifini təqdirlə qarşıladığıını deyir. O, bunun daxili ziddiyyətlərə son qoyulmasına müsbət təsir göstərə biləcəyini qeyd edir. Şeyx Şərif sözügedən birliyin üzvü olan alimlərin bitərəfliklərini qoruduğunu deyərək, Somali müxalifət qruplarını müsəlman alimlərin sülh və yaxınlaşma cəhdlərinə dəstək verməyə çağırır. Prezident BBC-yə müsahibəsində keçmiş müttəfiqlərin düşmənə çevrilməsinin məntiqsizlik olduğunu deyərək, somalili qanını yenidən axıtmağa ehtiyac olmadığını bildirir. “Hamımız müsəlmanıq və eyni əqidəni bölüşürük” deyən Əhməd Şərif ölkədəki toqquşmaların dərhal dayandırılmasının vacibliyini vurğulayır...
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.