Şeyx İbrahim məscidi
From Wikipedia, the free encyclopedia
Şeyx İbrahim məscidi — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi.
Cəld faktlar Ölkə, Şəhər ...
Şeyx İbrahim məscidi | |
---|---|
40°21′52″ şm. e. 49°50′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | İçərişəhər, A.Zeynallı küçəsi, 25 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Sifarişçi | Hacı Əmirşah ibn Yaqub |
Tikilmə tarixi | 1415—1416 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | stabil, Cümə məscidi nəzdində mədrəsə olaraq fəaliyyət göstərir. |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 87 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda məscidin binasında Cümə məscidi nəzdində olan mədrəsə fəaliyyət göstərir.