Şarl Aznavur
From Wikipedia, the free encyclopedia
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[1][2][…], VI arondisman (Paris)[3] – 1 oktyabr 2018[4][5][…], Muryes[4][6][…]) — erməni[9][10][11] əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor[12] səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə[13] ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir.[14] Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur.[15] Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır.[16]
Şarl Aznavur | |
---|---|
fr. Charles Aznavour | |
Ümumi məlumatlar | |
Doğum adı | Şahnur Vağinak Aznavuryan |
Doğum tarixi | 22 may 1924(1924-05-22)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 2018(2018-10-01)[4][5][…] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağ ciyərin ödemi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları | 5 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, ssenarist, kino aktyoru, söz yazıçısı[d], bəstəkar, şair, aktyor, diplomat, yazıçı, səsyazma sənətçisi[d], kinorejissor, müğənni |
Fəaliyyət illəri | 1933–2018 |
Janrlar | xalq musiqisi[d], şanson, caz, pop musiqisi, ballada, dünya musiqisi[d] |
Albom şirkətləri | EMI[d], Mercury Records[d], Reprise Records[d] |
Mükafatları | |
aznavourfoundation.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb. 1988-ci ildə baş verən Spitak zəlzələsinin qurbanları üçün yardımların toplanmasında iştirak edib. Bundan əlavə Aznavur 2009-cu ildən Ermənistanın İsveçrə üzrə səfiri vəzifəsini icra edib.[17]