![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a8/Erbil_governorate_shanidar_cave.jpg/640px-Erbil_governorate_shanidar_cave.jpg&w=640&q=50)
Şanidar mağarası
From Wikipedia, the free encyclopedia
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir.
Cəld faktlar Yerləşməsi, Ölkə ...
Şanidar mağarası | |
---|---|
![]() | |
Yerləşməsi | |
36°48′02″ şm. e. 44°14′36″ ş. u. | |
Ölkə | |
![]() |
Bağla
Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır.
Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir.
2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır.[1][2]
21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər.[3]