From Wikipedia, the free encyclopedia
Şandun yarımadası (çin. 山東半島) — Çinin şərqində, Sarı dəniz və Bohai körfəzi daxilinə istiqamətlənir. 1282-ci ildən şimal və cənub çay yollarının birləşməsindən sonra faktiki olaraq adaya çevrilmişdir.
Şandun yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 35 000 km² |
Yerləşməsi | |
37°00′ şm. e. 121°30′ ş. u.HGYO | |
Akvatoriya | Sarı dəniz |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Relyefi əsasən təpəlikdir. Burada qranit təbəqəsi səthə çıxır. Qranit təbəqəsinin maksimal hündürlüyü 180 metrdir. Yarımadanın maksimal hündürlüyü isə 1 132 metrə çatır.
Ərazisində kiçik sahələrdə olsa belə alma, üzüm, armud, çay və s. yetişdirilir. Yarımada dəmir, maqnezit və qızıl ilə zəngindir[1].
Sahillərində Çinin mühüm limanları yerləşir. Onlar arasında yarımadanın cənub-şərqində yerləşən və bölgənin əsas limanı və sənaye mərkəzi Sindao qərarlaşır[1]. Burada tekstil, yeyinti, maşınqayırma, texniki və elektroenergetika sahələri inkişaf etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.