Şahzadə Mehmed (11 mart 1605, İstanbul, Osmanlı imperiyası12 yanvar 1621, İstanbul, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu.[1]

Thumb
Atası Sultan Əhmədin türbəsində məzar yeri
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Şahzadə Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1605(1605-03-11)
Doğum yeri
Vəfat tarixi 12 yanvar 1621(1621-01-12) (16 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Əhməd
Anası Kösəm sultan
Ailəsi Osmanlı xanədanı
Bağla

Şahzadə Mehmed 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır[2]. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Süleyman, Murad, Bəyazid, Qasımİbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından özündən bir neçə ay böyük olan ögey qardaşı II Osman taxta çıxdı.

Yaşca ən böyük şahzadə olan Şahzadə Mehmed qardaşının səltənətində taxt varisi olaraq görülürdü. Bu səbəblə, Sultan Osman hazırlaşdığı Hotin səfəri öncəsində qardaşını edam etdirmək arzusuna düşdü. Dövrün şeyxülislamı Hocazadə Əsad Əfəndinin şahzadənin ölümü ilə bağlı fətva verməməsinin ardından, Rumeli qazəsgəri Daşkörpülüzadə Kəmaləddin Əfəndidən fətva alan Sultan Osman 12 yanvar 1621-ci ildə qardaşını edam etdirdi. Boğularaq edam olunan Şahzadə Mehmedin cənazəsi atası Sultan Əhmədin türbəsinə dəfn olundu.

Edamı əsnasında qardaşı Sultan Osmana bu şəkildə etiraz etdiyi rəvayət olunur;

"Osman, dilerim Allah'tan, ömrü devletin berbad olup benim ömrümden nice mahrum eylediysen, sen dahi behremend olmayasın!"

26 il sonra ilk dəfə bir şahzadənin edam olunması, ardından başlayan sərt qış və paytaxtda yaranan ərzaq qıtlığı əhali arasında Sultan Osmana qarşı olan narazılığı artırdı və bu fəlakətlər Şahzadə Mehmedin haqsız ölümüylə əlaqələndirildi.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.