![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/%25C5%259Eehzade_Bayezid.jpg/640px-%25C5%259Eehzade_Bayezid.jpg&w=640&q=50)
Şahzadə Bəyazid (I Süleymanın oğlu)
From Wikipedia, the free encyclopedia
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Şahzadə Bəyazid.
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Şahzadə Bəyazid | |
---|---|
türk. Şehzade Bayezid | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1525 |
Doğum yeri | |
Vəfat tarixi | 25 sentyabr 1561 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Sultan Süleyman Qanuni |
Anası | Xürrəm Sultan |
Bağla
Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür.