![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9e/Shahid_Khaqan_Abbasi.jpg/640px-Shahid_Khaqan_Abbasi.jpg&w=640&q=50)
Şahid Xaqan Abbasi
From Wikipedia, the free encyclopedia
Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi.[1] Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür.
Şahid Xaqan Abbasi | |
---|---|
ing. Shahid Khaqan Abbasi | |
![]() | |
Pakistan İslam Respublikasının Baş naziri | |
– və ya: | |
Prezident | Məmnun Hüseyn |
Əvvəlki | Nəvaz Şərif |
Sonrakı | Nəsirul Mülk |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (65 yaş) |
Doğum yeri | Kəraçi, Sind əyaləti, Pakistan |
Milliyyəti |
![]() |
Partiya | Pakistan Müsəlman Liqası |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mühəndis, iş adamı |
Atası | Xaqan Abbasi |
Dini | İslam |
|
|
![]() |
|
![]() |
Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur.[2][3]