Şərq dinləri
From Wikipedia, the free encyclopedia
Şərq dinləri — Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada yaranmış və beləliklə də Qərb, Afrika və İran dinləri ilə oxşarlıqları olmayan dinlər.[1] Bura konfusiçilik, daoizm, Çin xalq dini, şintoizm və Koreya şamanizmi kimi Şərqi Asiya dinləri, hinduizm, buddizm, siqhizm və caynizm kimi Cənubi Asiya dinləri və Vyetnam xalq dini kimi Cənub-Şərqi Asiya dinləri, eləcə də animist yerli dinlər daxildir.[2][3]
Bir çox Qərb müşahidəçiləri Şərq fəlsəfələri ilə dinlər arasında fərq qoymağa çalışsalar da, bu, bəzi Şərq ənənələrində mövcud olmayan fərqdir.[4]