Yaşlı Çinar növlərindən biri From Wikipedia, the free encyclopedia
Təbii halda Balkan yarmadasında, Egey dənizi adalarında, Kiçik Asiyanın cənub və qərbində, Aralıq dənizinin şərq sahillərində, Kipr və Krit adalarında yayılmışdır.
Hündürlüyü 40–50 m-ə, gövdəsinin diametri 1,5–3 m-ə çatan geniş çətirə malik iri ağacdır. Gövdə və budaqların qabığı yaşılımtıl, açıq boz və ya sarımtıl-yaşıldır. Tumurcuqları enli-konusşəkillidir, şişuclu, uzun zoğlarda növbəli düzülmüşdür. Yarpaqları növbəli düzülüşlü, dəyirmi və ya yumurtavari, 3–7 dilimlidir, uzun saplaqlı, üst tərəfi parlaq yaşıl, alt tərəfi qonur-yaşıl, çılpaq və ya seyrək tüklüdür. Birevli bitkidir. Çiçəkləri müxtəlif cinsli, sallanan uzun saplaqlarda 2-dən 70-ə qədər olmaqla şarvari çiçək qrupunda yerləşmişdir. Meyvəsinin diametri 2–2,5 sm-ə, uzunluğu 4–7 mm-ə çatan, yuxarısı enliləşmiş və tüklənmiş toxumcadır. Toxumu uzunsovdur.
Toxum, qələm, basdırma və gövdə pöhrəsi ilə artırılır. Şərq çinarı işıq və istisevən, torpağa tələbkar bitkidir.
Şərq çinarına Böyük Qafqazın cənub yamaclarında, о cümlədən Ağstafa, Gəncə, Göyçay, Bərdə, Zəngilan, Naxçıvan, Ordubad, Yardımlı, Zaqatala, Ağdaş, Şəki, Qəbələ, Bakı və başqa yerlərdə təbii halda rast gəlinir.
Park, bağ və bağçalarda tək-tək və ya qrup halında əkilir. Şərq çinarının piramidal çətirli forması – Platanus orientalis f.pyramidalis Abşeronda yaşıllaşdırmada geniş istifadə edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.