From Wikipedia, the free encyclopedia
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkər diabeti – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XBT-10 təsnifatı | ||
---|---|---|
Mavi çevrə şəkərli diabetin ümumi qəbulolunmuş simvoludur. | ||
E10 | Birincili insulinasılıqlı şəkərli diabet – I tip | |
E11 | İkincili insulinasılıqlı şəkərli diabet – II tip | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələ də diabet olmasından xəbərsizdir.
Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.[1]
Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir.
Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.
Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər.
Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər.
Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır.
Xəstələrin şəkərə olan ehtiyacını tə"min etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür. Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər. Susuzluq. Xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.
Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir.
Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.