İzolösin
From Wikipedia, the free encyclopedia
İzolösin (qısaldılmış Ile və ya I; 2-amino-3-metilpentanoik turşu)[2] — HO2CCH(NH2)CH(CH3)CH2CH3 kimyəvi formullu alifatik α-amin turşusudur və bütün təbii zülalların bir hissəsidir. Bu, əvəzolunmaz bir amin turşusudur, yəni izolösin insan orqanizmində sintez edilə bilməz və qidadan alınmalıdır. Enerji mübadiləsində iştirak edir. İzolösinin dekarboksilləşməsini kataliz edən fermentlər çatışmazlığı olduqda, ketoasidoz baş verir.
İzolösin | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | HO2CCH(NH2)CH(CH3)CH2CH3 |
Empirik formulu | C6H13NO2 |
Molyar kütlə | 131,17 q/mol |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 9,758[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 73-32-5 |
PubChem | 6306, 7043901 |
SMILES | CC[C@H](C)[C@H](N)C(O)=O |
ChEBI | 17191, 58045 |
ChemSpider | 6067 |
İzolösin kodonları: AUU, AUC və AUA-dır.
Valin və lösinlə birlikdə budaqlanmış yan zəncirlərə malik amin turşularından biridir.
Karbohidrogen yan zəncirinə malik olan izolösin hidrofobik amin turşularından biridir. İzolösin yan zəncirinin xarakterik xüsusiyyəti onun şirallığıdır (ikinci belə amin turşusu treonindir). İzolösin üçün dörd mümkün stereoizomer var, o cümlədən L-izolösinin iki mümkün diastereoizomeri. Təbiətdə isə izolösin yalnız bir enantiomerik formada - (2S,3S)-2-amino-3-metilpentanoik turşuda mövcuddur.
Amin turşusu 1906-cı ildə alman kimyaçısı və biokimyaçısı Feliks Erliks tərəfindən kəşf edilmişdir.