İvan Qriqpreviç Tixon (belar. Іва́н Рыго́равіч Ці́хан; doğulub. 24 iyun 1976-cı ildə, Qlovseviç kəndi, Slonimski rayonu, Qrodno vilayəti, BSSR, SSRİ) — Belarusiyalı çəkic atma üzrə iki qat dünya çempionu, 2008-2016-cı il Yay Olimpiya Oyunlarının mükafatçısı. Belarus Respublikasının əməkdar idman ustası. Qrodno şəhərində yaşayır.

Cəld faktlar Şəxsi məlumatlar, Vətəndaşlığı ...
İvan Tixon
belar. Іван Рыгоравіч Ціхан
Thumb
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 24 iyul 1976(1976-07-24)[1] (48 yaş)
Boyu 186 sm
Çəkisi 110 kq
İdman növü yüngül atletika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Bioqrafiyası

İvan Tixon ilk dəfə 2003-cü ilin avqustunda Parisdə keçirilən dünya çempionatında 83 metr 3 santimetr məsafəyə çəkic ataraq dünya çempionu oldu. 2000 Yay Olimpiya Oyunlarında 4-cü yeri tutdu.

2005-ci ildə Helsinkidə İvan Tixon qızıl medal qazandı. İvan Tixon 83,89 metr məsafəyə çəkic ataraq dünya çempionatının yeni rekordunu müəyyənləşdirdi. İvan Tixon 2005-ci ildə Belarus çempionu oldu. O, 86,73 m məsafəyə çəkic atararaq milli rekordu müəyyən etdi. Bu da sovet atleti Yuri Sedyxin (1986) dünya rekordundan cəmi bir santimetr azdır. İvan Tixon Afina Olimpiadasında gümüş medala layiq görüldü.

2006-cı ildə Göteborqda keçirilən Avropa çempionatının qalibi oldu. 2007-ci ildə isə 83.63 m nəticə ilə Osakada keçirilən Dünya Çempionatında üçüncü dəfə dünya çempionu oldu. 2008-ci ilə qədər rusiyalı məşqçi Sergey Litvinovla birlikdə məşq edirdi.

Pekin-2008 Olimpiadasında 81 m 51 sm nəticə ilə üçüncü yeri tutdu. Lakin 2008-ci ilin dekabrında testosteron tərkibinin artması səbəbindən mükafatdan məhrum edildi və Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə diskvalifikasiya edildi.

2010-cu ilin iyun ayında Arbitraj Məhkəməsi tərəfindən dopinq-nəzarətində pozuntuların olması müəyyən edildi. 5 Avqust 2010-cu ildə İvan Tixona Pekin Olimpiadasının bürünc mükafatını təntənəli şəkildə geri qaytarıldı.[2]

2016-cı ildə Rio-de-Janeyroda 77,79 m nəticə ilə gümüş medal qazandı.

Xarici keçidlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.