From Wikipedia, the free encyclopedia
İta Ever (est. Ita Ever 1 aprel 1931, Payde – 9 avqust 2023[1], Tallin) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007).
İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub.
İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır. Təxminən eyni ilə səhnədə, televiziyada, radio və filmlərdə çəkilir.
İzləyicilər onu Aqata Kristinin romanı əsasında çəkilmiş "Qara dənizin sirri" filmindəki Miss Marpl kimi tanıyırlar.
Estoniya teatr aktyoru və rejissoru Eyno Baskin ilə pozulmuş bir evliliyindən, hazırda rejissor olan Roman Baskin dünyaya gəir. Kino aktyoru İlmar Tammur, teatr aktyoru Qunnar Kilqas ilə evli olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.