İsveçrədə islam
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İsveçrədə islam — müasir İsveçrədə xristianlıqdan sonra ikinci ən böyük dini. 2001-ci il siyahıyaalınmasına əsasən, ölkədə 310.807 müsəlman qeydə alınıb. Bu da ölkə əhalisinin 4,3%-dir. 2009-cu ilə olan məlumata görə, ölkədə 400.000 müsəlman yaşayır və ya ölkə əhalisinin təxminən 5,%-ni təşkil edir. Ölkə müsəlmanlarının əksəriyyəti birinci və ikinci nəsil immiqrantlardır, əksəriyyəti (88%-dən çoxu) isə vətəndaşlığı olmayanlardır.[1][2]
Ölkədə ilk müsəlmanlar olan ərəblər və bərbərlər 10-cu əsrdə Fraxinet adlanan ərazidən gəlmişlər. 1945-ci ildən sonra ölkəyə xeyli sayda qonaq işçilər, həmçinin müsəlman ölkələrindən qaçqınlar gəldi. Ölkədə ilk Mahmud məscidi 1963-cü ildə Sürixdə tikilib. 1978-ci ildə Səudiyyə Ərəbistan Cenevrədə ikinci məscidin tikintisini maliyyələşdirdi. Hazırda ölkədə 4 məscid var, müsəlmanların sayında yüksək artımı nəzərə alsaq, ölkədə kifayət qədər tam hüquqlu məscid olmadığı aydındır. Bunun üçün anbarlar, tərk edilmiş binalar, evlərin zirzəmilərindən istifadə olunur. 2009-cu ildə İsveçrədə minarələrlə bağlı referendum keçirildi və bu referendumda bütövlükdə ölkə əhalisinin 58%-i yeni minarələrə qarşı çıxdı. Eyni zamanda, bir çox fransızdilli kantonlar, əksinə, minarələrin qadağan edilməsini dəstəklədilər.[3][4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.