From Wikipedia, the free encyclopedia
İstiqlal — Sovet dövründə gizli fəaliyyətə başlayan qəzet.
İstiqlal | |
---|---|
Baş redaktorlar | Əbdülvahab Yurdsevər Əli Həsən Babayev |
Yazıçılar | Cəfər CabbarlıQurban MusayevAğasəlim Rəhimov |
Yaranma tarixi | 1921 |
Nəşrini dayandırıb | 6 oktyabr 1923 |
Ünvan | «Çadrovı, 62»dəki (indiki M.A. Əliyev küçəsi) |
Tiraj | 19-cu nömrə |
1921-ci ilin baharında Əli Həsən Babayev və Əbdül Vahab Məmmədzadənin gizli fəaliyyətə başlayan "İstiqlal" qəzetinin nəşr olunmuşdur. Əbdürrəhman Dai 1921–1923-cü illərdə 19 sayı məxfi şəraitdə çaplanan qəzetin əksər mətnlərinin mürəttibi, xüsusilə Azərbaycanın işğal günü — 27 aprel münasibətilə milli ruhda yazılan, sovet istilasını yamanlayan bəyannamələrin yığıcısı idi[1]
Qəzet Hacıbaba Cəbiyevin "Çadrovı, 62"dəki (indiki M. A. Əliyev küçəsi — red.) evində nəşr olunurdu[2]. İstiqlalçılar oranı kirayələmişdilər. Amma sonra sənədlərdən aydın olur ki, qəzeti də elə bu şəxs maliyyələşdirirmiş… Ağasəlim Rəhimovsa dövlət mətbəəsində işləməklə yanaşı, həm dəbu qəzetin çapını gerçəkləşdirirmiş… Onlar çap barabanı, şrift kassaları əldə ediblər və şriftləri də mətbəədə işlədiyindən Əbdül Rəhman Dai gətirib. Hər dəfə cibində qəzet çapına gərəkli şrifti gətirir və mətnləri yığırmış. İstintaq izahatlarında bunlar var". Asif Rüstəmli gizli qəzet çapının qonşunun satqınlığı nəticəsində aşkarlandığını bildirdi: "1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Azərbaycan ÇeKası mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. İş başında 2 nəfər tutuldu — Qurban Musazadə (yazıçı Qılman İlkinin qardaşı-red.) və Ağasəlim Rəhimov. Onlar 19-cu nömrəni yığırdılar. Qəzetin bu sayı oxuculara çatmadan müsadirə edildi. Sonrakı günlərdə 18 nəfər də həbs olundu. Cəfər Cabbarlı da onların arasında idi".[3]
Ağasəlim Rəhimov dövlət mətbəəsində işləməklə yanaşı, həm də İstiqlal qəzetinin çapını gerçəkləşdirirmiş. Həbs olunub Solovkiyə göndərilib.[4]
Məhəmməd Əmin Rəsulzadəyə görə isə qəzetin gizlin fəaliyyət göstərən mətbəəsi 1923-cü ilin dekabr ayında bolşeviklər tərəfindən aşkar edilərək məhv edilib.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.