İstifadəçi müzakirəsi:TimBitsتِمبِتس/arxiv06
From Wikipedia, the free encyclopedia
Ey hörmətli idarəçilər, niyə düşmüsünüz yönləndirmə səhifələrinin canına? Bunlar məqalə deyil, silinməklə hansısa bir keyfiyyət azalmır. Mən çalışıram indiyə qədər həmin məqaləyə ola biləcək bütün mümkün axtarış vairantlarını yönləndirmə şəklində məqaləyə daxil edim. Beləcə hansısa məqalənin adının azərbaycan dilində düzgün yazılışını bilməyənlər də doğru məqaləyə yönləndirilməklə yeni bir şey daha öyrənərlər. Ümumən yönləndirmələrin heç bir ziyanı yoxdur. Əgər etiraz etməzsəniz silinmiş yönləndirmələri yenidən bərpa etməyi fikirləşirəm amma bunu etməzdən əvvəl bu barədə rəyinizi gözləyirəm. --TimBitsتِمبِتس 14:29, 28 İyul 2008 (UTC)
Salam. Yönləndirmə də yönləndirmə olmalıdır. Adında orfoqrafik səhv olan və ya adı ayrı dildə olan məqaləyə nə yönləndirmə? Tutaq ki, Səyavuş Aslanov Səyavuş Aslan Siyavuş Aslanov Siyavuş Aslan - hamısını bir düzgün varianta yönləndirmə normaldı. Yoxsa ki, belə məqalələr də yaradaq Syvuş Aslan Siyvuş Asln Siyavush Aslan və s. və i. hamısını yönləndirək? Redirektlərlə buranı həddən artıq yükləmək və "zibilləmək" lazım deyil. Əgər kimsə Balakəni burda Balaxən Babəki Babek kimi axtaracaqsa o adamın əlinə əlifba kitabı verib 1-ci sinfə göndərmək lazımdır. Hörmətlə:--Sortilegus 14:41, 28 İyul 2008 (UTC)
Siz ondan narahat olmayın. Yönləndirmələr buranı zibilləmir. Onlar heç statistikada da görsənmir məqalə kimi. Müxtəlif variantlara gəlincə bunları biz yaradaq demirəm, sadəcə ad dəyişərkən və ya başqasının səhv adla yaratdığı səhifələr doğru məqaləyə yönləndirmə kimi qalsa həm adı səhv bilənlərin düzgün məqaləyə yönləndirilmələrinə şərait yaranır həm də yenidən bu adla məqalə yaradılmasının qarşısı alınır. Mən oturub hər ağlımıza gələn variantı yönləndirmə etməyi təklif etmirəm amma bu adla artıq məqalə yaradılıbsa və ya hansısa səhv ad müəyyən qədər geniş yayılıbsa demək ki, məqalələri bu adlarla da axtaranlar ola bilər. Bunu da nəzərə almaq lazımdır. Bunan əlavə azərbaycan dilində özəl adlar orijinalında olduğu kimi yazılmadığı üçün, əgər orijinal ad latın əlifbası ilədirsə onda bu adlardan da yönləndirilmə verilə bilər. Yönləndirmənin məsəl üçün vulqar sözlərdən filan ibarət olduğu hallar istisna olmaqla, bunların silinməsi nə isə bir keyfiyyət artımına gətirməyəcək. Babəkin isə Babek olaraq yazılması çox mümkündür, klaviaturasinda azərbaycan dilindəki bütün hərflər olmayanlar və ya elə yazılışı səhv bilənlər tərəfindən. Mənim kiminsə əlinə əlifba vermək imkanım yoxdur amma vikipediyanın bu cür imkanlarından istifadə edərək bilməyənlərin də maariflənməsinə kömək edə bilərik. --TimBitsتِمبِتس 15:01, 28 İyul 2008 (UTC)
Klaviaturasında Azərbaycan hərfləri olmayanları, yazılışı səhv bilənləri oturub fikirləşsək gərək hər məqalə yaradanda ona 10-15 istiqamətləndirmə verək. "Ə"lərin hamısını "E" yazaq və s və i. --Sortilegus 15:11, 28 İyul 2008 (UTC)
Əvvəlan onu deyim ki, kimsə bunu eləmiş olsa mən onun əlindən tutmayacam, yönləndirmələr məni narahat etmir, vikipediyaya da bir ziyanı yoxdur. Amma mən yenə də deyirəm ki, mənim təklifim yeni yönləndirmələr yaratmaqla bağlı deyil, (ehtiyac yaranarsa o da olunmalıdır amma) indiki halda səhv yazılmış və ya yaradılmış məqalələri düzgün ada yönləndirməkdir. Əgər etirazın yoxdursa silinmiş yönləndirmələrin bəzilərindən yenidən məqalələrə yönləndirmə verməyi düşünürəm. --TimBitsتِمبِتس 15:28, 28 İyul 2008 (UTC)
Etirazım yoxdur. Buyur.--Sortilegus 15:34, 28 İyul 2008 (UTC)
BİRJA - bərpa elədin, hara yönləndirdin? "Birja qəzeti" səhifəsi mövcuddur. Bu məqaləni mən o səhifəyə yönləndirmişəm, redaktə eləmişəm. Çünki məzmunu qəzetə aid idi. Birja - maliyyə-iqtisadiyyatla bağlı termindir. Məqaləni yarat sonra yönləndirmə ver.--Sortilegus 17:31, 28 İyul 2008 (UTC)
- :) Sortilegus məşq edir :) Belə hallarda bir şeyi yadda saxlamaq lazımdır- məqalə hansı adla yaradılıbsa demək istifadəçinin məqalələri o adla axtaracağı ehtimalı daha yüksəkdir. Xüsusilə cənublu soydaşlarımız ədəbi-bədii dildən daha çox ləhcələrə və şivələrə üstünlük verirlər.--A_M_D m-f 06:16, 31 İyul 2008 (UTC)