İstifadəçi:Ayxan İsmayılov/Qaralama2
From Wikipedia, the free encyclopedia
Yıldız Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə etmiş, Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davutpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 11 fakültə, 3 kollec və 3 elmi tədqiqat institutu fəaliyyət göstərir.[5]
Yıldız Texniki Universiteti YTÜ | ||||||||
---|---|---|---|---|---|---|---|---|
türk. Yıldız Teknik Üniversitesi | ||||||||
| ||||||||
Əvvəlki adları |
Kondüktör Mekteb-i Âlisi (1911) Ulduz Universiteti (1982) Ulduz Texniki Universiteti (1992) |
|||||||
Şüar |
türk. Yıldızlarla Bir Asra Atılan İmza azərb. Ulduzlarla bir əsrə atılan imza |
|||||||
Əsası qoyulub | 1911 | |||||||
Yenidən təşkil olunub | 1982, 1992 | |||||||
Tip |
Dövlət universiteti Tədqiqat universiteti[1] |
|||||||
Rektor | Tamər Yılmaz[2] | |||||||
Tələbə sayı | 34.289[3] | |||||||
Xarici tələbə sayı | 2.808 (11%)[3] | |||||||
Bakalavr sayı | 25.532[4] | |||||||
Magistrant sayı | 7.037 | |||||||
Aspirant sayı | 2.189 | |||||||
Doktor sayı | 243 | |||||||
Professor sayı | 306 | |||||||
Müəllim sayı | 1.697 | |||||||
Şəhər | İstanbul | |||||||
Tabeliyində |
11 fakültə, 3 kollec, 3 institut[5] |
|||||||
Rənglər | Tünd göy, sarı və ağ | |||||||
Universitet şəhərciyi |
|
|||||||
Metro | Davudpaşa—YTÜ | |||||||
Sayt | Rəsmi veb səhifəsi |
1911-ci ildə Parisdəki "Ecol De Conducteur" tədris proqramı əsasında Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ qədər uzanan nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1959-1960-cı illərdə yeni tədris binasının inşası başa çatdıqdan sonra universitetin ilk akademik kitabxanası açılmışdır. 1992-ci ildə isə hal-hazırki müasir adını qazanmışdır. Osmanlı dövründən günümüzədək Beşiktaş və Davutpaşa daxil olmaqla 2 müxtəlif şəhərciklərdə tədris aparılır. Boş vəziyyətdə olan Ayazağa şəhərciyinin isə yenidən qurulma prosesi 2020-ci ildən bəri davam edir.
Yıldız Texniki Universiteti, Türkiyənin ən güclü infrastrukturuna sahib dövlət universitetlərindən biridir. Boğaziçi və İstanbul Texniki Universiteti ilə birlikdə siyahıda ən üst pillələrdə olan universitet nəzəri dərslərlə yanaşı, emalatxanalar, laboratoriyalar və sahə kursları ilə də tədris verir. Türkiyənin ən böyük və inkişaf etmiş texnoparkına sahib olan universitet həmçinin Türkiyədə Erasmus vasitəsilə xaricə ən çox tələbə göndərən universitet titulunu da qazanmışdır. 2012-ci ilin may ayında Yıldız Texniki Universiteti Türkiyənin ilk tam miqyaslı ISO 9001 sertifikatlı universiteti adına layiq görülmüşdür. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin məzunları mühəndislik, biznes, iqtisadi və beynəlxalq sahələr üzrə 2-ci, pedaqoji sahələr üzrə isə 4-cü sıradadır. Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən məlumatlara əsasən isə universitet, mühəndislik ixtisasları üzrə dünyada 301-400-cü, biznes və iqtisadi ixtisaslar üzrə 301-400-cü, pedaqoji ixtisaslar üzrə 301-400-cü, incəsənət ixtisasları üzrə isə 601-700-cü yer üzrə qərarlaşmışdır. Həmçinin, Türkiyədə sıfır tullantı sertifikatına sahib olan ilk dövlət universitetidir.[5]
Universitetin ən böyük Davutpaşa şəhərciyi 25.000-dən çox tələbənin tədrisinə ev sahibliyi edir, Şəhərcikdə 7 fakültə, 4 yataqxana, 1 tibbi mərkəz və 1 texnopark ilə yanaşı poçt, kafe və bank fəaliyyət göstərir.[6] 1994-cü ildə nəqliyyatı asanlaşdırmaq üçün Davutpaşa metrostansiyası fəaliyyətə girmişdir.[7] Universitetin digər, Beşiktaş şəhərciyində isə 3 fakültə, 1 yataqxana və 1 tibbi mərkəz fəaliyyət göstərir.[6] Bu şəhərciyə isə ən yaxın olan Ulduz metrostansiyası 2023-cü ildə istifadəyə açılmışdır.[8][9] Universitetdənkənar fəaliyyətlər çərçivəsində incəsənət, fotoqrafiya, klassik türk musiqisi, polifonik xor, klassik musiqi, xalq musiqisi və teatrşünaslıq, müxtəlif idman növləri üzrə ixtisaslaşmış 65 hobbi klubu yer alır.[5][6] Universitet nəzdində amerika futbolu, buzüstü xokkey, basketbol, korfbol, kiberidman, voleybol və digər bir çox idman növləri üzrə ümumilikdə 12 komanda aktiv olaraq fəaliyyət göstərir.[6]
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.