İstifadəçi:AfraimMammadov/Qaralama
From Wikipedia, the free encyclopedia
İqtisadi Elmi Tədqiqat İnstitutu - İqtisadiyyat Nazirliyi tabeliyində yaradılmış publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli fərmanı ilə yaradılan institut[1] dövlətin iqtisadi siyasətinin və iqtisadi qərarlarının qəbulunun elmi əsaslarının, o cümlədən iqtisadi strategiya, dövlət proqramı və sənədlərinin hazırlanmasında iştirak edərək, modellər, analitik alət və üsullar, metodoloji vəsaitlər, məlumat bazaları və digər analitik vasitələrin və ya yüksəkixtisaslı kadrların hazırlanması ilə, həmçinin beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya, nəqliyyat dəhlizləri, yaşıl artım, dövlət əmlakının idarəedilməsi, təbii inhisarlar və s. mövzularda açıq və qapalı arayışlar, qısamüddətli təhlil və rəylər vasitəsilə də İqtisadiyyat Nazirliyinin cari fəaliyyətinə töhfə verir.[2]
İqtisadi Elmi Tədqiqat İnstitutu İETİ | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | Elmi-tədqiqat institutu |
Yaradılıb | 26 iyun 2021 |
Əvvəlki adı | İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu |
Digər məlumatlar | |
Direktor | Mahir Hümbətov |
Ünvan | Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 196 Bakı, AZ 1122 |
Sayt | theesri.com |
İnsitut ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 saylı qərarı ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu olaraq yaradılmışdır.[3] Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsas funksiyası mərkəzləşdirilmiş planlı idarəetmə sisteminin tələblərinə uyğun olaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi idi.[4] SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1994-cü il tarixli 98 saylı Fərmanı ilə 'Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsasında İqtisadi İslahatlar Mərkəzi yaradılmışdır.[5] İlham Əliyevin birinci hakimiyyət illərində «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.[6]
Hal-hazırda institut İqtisadiyyat Nazirliyinin beyin mərkəzi kimi fəaliyyət göstərir.[7][8][9]